17 C
Baku
18 Oktyabr 2024, 5:52
Dünya

BMT: Qəzza zolağında yardımın paylanması demək olar ki, mümkün deyil

Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzza zolağında müntəzəm yanacaq axınının olmaması və davam edən münaqişələr səbəbindən yardımın paylanmasının demək olar ki, mümkün olmadığını bildirdi.

BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisinin (OCHA) sosial media platformasından verilən açıqlamada Qəzzaya keçidlərin günlərlə bağlı olduğu, girişin təhlükəsiz və logistik baxımdan uyğun olmadığı qeyd edilib.

“Yardımın çatdırılması (Qəzzə zolağında) müntəzəm yanacaq axınının olmaması, qeyri-sabit kommunikasiyalar və davam edən münaqişə səbəbindən demək olar ki, mümkün deyil”, – deyə məlumatda bildirilir.

Bu vəziyyətin 2 milyondan çox fələstinliyə dağıdıcı təsir göstərdiyi vurğulanıb.

İsrail ordusu mayın 7-də Qəzzanın Misirə açılan Rəfah sərhəd qapısını işğal edib. İsrailin intensiv hücumlarına məruz qalan Qəzzada ərzaq qıtlığı və aclıq günü-gündən daha da ağırlaşır.

İsrail qüvvələrinin Rəfah Sərhəd Qapısını zəbt etməsi və bağlaması səbəbindən Qəzzaya daxil olan yardım maşınlarının sayının əhəmiyyətli dərəcədə azaldığı bildirilir.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

CNN: “Bayden Netanyahuya ABŞ İrana qarşı hücumu dəstəkləməyəcəyini dedi”

Kəmalə Sultan

NASA itən “Voyacer-2” kosmik gəmisindən siqnal aldı

Teymur Əziz

Yeni dünya müharibəsinin sıraları bəllidir! Şimali Koreya müharibəyə girir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu