14 C
Baku
22 Noyabr 2024, 10:59
Baş xəbərDünya

BMT: Qəzzada köçkünlərin sayı 338 mini keçib

Bugun.tv xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi İsrailin davam edən bombardmanları nəticəsində Qəzzada didərgin düşənlərin sayının 338 mini keçdiyini açıqlayıb.

TRT Haber-in məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisindən (UNOCHA) verilən yazılı açıqlamada, İsrail-Fələstin münaqişəsinin başlamasından bu yana 338 mindən çox fələstinlinin evlərini tərk etmək məcburiyyətində qaldığı qeyd edilib.

BMT-nin baş katibi əvvəlki açıqlamasında bildirmişdi ki, Qəzzada 220 min fələstinli BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) bağlı obyektlərdə sığınacaq. HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılarkən, fələstinli silahlı qruplar Qəzza-İsrail sərhədindəki Beyt Hanun-Erez Sərhəd Qapısına basqın edərək ələ keçirib. Daha sonra buradan silahlı qruplar İsrail daxilindəki yaşayış məntəqələrinə daxil olub və İsrail ordusu onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib. Qəzzadan həyata keçirilən hücumlarda 1200 israillinin həyatını itirdiyi bildirilib. Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində Qəzzada 1100 nəfərin öldüyünü, 5339 nəfərin isə yaralandığını açıqlayıb. Qəssam Briqadalarının oktyabrın 7-də başlatdığı hücumdan sonra İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudi məskunlaşanların hücumlarında 29 fələstinlinin öldüyü, təxminən 150 nəfərin yaralandığı bildirilib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Azərbaycan prezidenti Əliyev Türkiyəyə səfər edəcək

Aynur Camal

İlham Əliyevin Şarl Mişel və Nikol Paşinyan ilə görüşü başlayıb

Aynur Camal

Nvidia Apple-ı keçərək dünyanın ən dəyərli şirkəti oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu