BMT-nin Fələstin Agentliyi (UNRWA) verdiyi açıqlamada, 7 oktyabrdan etibarən Qəzzada uşaqların qida çatışmazlığı səbəbindən xəstələnmə nisbətinin 300 faiz artdığını bildirib.
Qatil İsrail Qəzzada soyqırımını fasiləsiz davam etdirir.
Oktyabrın 7-dən bu yana Qəzzada baş verən qarşıdurmalarda 16 min 314-ü uşaq, 10 min 980-i qadın olmaqla, ümumilikdə 39 min 699 nəfər həyatını itirib.
Bir çox uşaq aclıq və epidemiya ilə mübarizə apararkən, İsrail tərəfindən verilən bir çox evakuasiya əmri səbəbiylə onlar da köçmək məcburiyyətində qalırlar.
BMT-nin Fələstin Agentliyinin (UNRWA) açıqladığı məlumatlara görə, Qəzza əhalisi 1,9 milyon insanın təxliyyə əmri ilə daxili köçə məruz qalır.
Bundan əlavə, UNRWA həmçinin bir nəfərin ən azı 10 dəfə köçkün düşdüyünü açıqlayıb.
Səhiyyə sistemi və xidmətlərinin qiymətləndirilməsində, “ÜST-nin məlumatına görə, 300 günlük müharibədən sonra 90 xəstəxana və ilkin səhiyyə ocaqları işləmədiyi üçün səhiyyə sistemi demək olar ki, işlək vəziyyətdə deyil. UNRWA, Qəzza zolağının hər yerində 10 ilkin sağlamlıq mərkəzində və 100-ə yaxın mobil sağlamlıq məntəqəsində səhiyyə xidmətləri göstərən səhiyyə sektorunda mühüm aktor olmaqda davam edir” bəyanatlar daxil edilmişdir.
Qeyd edilib ki, iyul ayında Qəzzanın şimalında uşaqlarda aşkar edilən qida çatışmazlığı hallarında may ayına nisbətən 300 faiz artım olub.Açıqlamada Qəzzadakı strukturların 63 faizinin ciddi şəkildə zədələndiyi də vurğulanıb.
“BU HƏYAT DEYİL”
Bildirilib ki, oktyabrın 7-də İsrail-Həmas qarşıdurması başlayandan bəri UNRWA-nın 205 əməkdaşı ölüb.
Bölgədə çalışan UNRWA əməkdaşı ilə danışan bir Fələstin vətəndaşı mövcud vəziyyətlə bağlı deyib: “Təmiz suyumuz, kifayət qədər qidamız, lazımi içməli suyumuz yoxdur. Normal insanlar kimi düzgün yata bilmirik. Bu, öz gözlərinizlə görəcəyiniz kimi həyat deyil. Yaşadıqları çətinlikləri dilə gətirərək “Çox yorulmuşuq” deyib.
Xəbər mənbəyi: Anadolu Agentliyi (AA)