7 C
Baku
15 Dekabr 2025, 6:03
Baş xəbərDünya

BMT: Qlobal iqtisadi artım 2024-cü ildə yavaşlaya bilər

Qlobal iqtisadi artım 2023-cü ildəki 2,7 faizdən 2024-cü ildə 2,4 faizə enə bilər.

Bugun.tv xəbər verir ki, bu barədə BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin İqtisadi Təhlil və Siyasət şöbəsinin direktoru Şantanu Mukerci brifinqdə bildirib.

“Bizim hesabatda 2023-cü ildə qlobal artımın 2,7 faiz olacağı təsbit edilib. Lakin 2024-cü il üçün proqnozumuz 2,4 faizə endirilib”, – o deyib.

Mukerci həmçinin qeyd edib ki, 2024-cü ildə inflyasiyanın “hədəf 2 faiz səviyyəsinə” düşməsi lazımdır. Bununla belə, o əlavə edib ki, dünya iqtisadiyyatı hələ də “təhlükə zonasından çıxmayıb” və bu, tənəzzülə səbəb ola bilər.

Bugün TV

Oxşar xəbərlər

Kağız fabrikində yanğın baş verdi

Bugün TV

Danimarkada Qurani-Kərimin yandırılması təxribatı

Bugün TV

Ləğv edilmiş seçkidə o, birinci olub: Rumıniya prezidentliyinə namizəd saxlanılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu