8 C
Baku
21 Dekabr 2025, 23:11
Baş xəbərDünya

BMT: Son 4 gündə Qəzzada 97 mindən çox insan didərgin düşdü

BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, təkcə son dörd gündə Qəzzada 97 mindən çox insan didərgin düşüb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) Qəzzada məcburi köçkünlərlə bağlı açıqlama verib. İsrailin evakuasiya tələbləri səbəbiylə Qəzzada davamlı yerdəyişmənin yaşandığı qeyd edilən açıqlamada, “Son 4 gündə Qəzzada 97 mindən çox insan didərgin düşüb. İnsanların hərəkətinə təsir etmək üçün heç vaxt humanitar yardımlardan istifadə edilməməlidir” ifadələri işlədilib.

Bəyanatda həmçinin BMqT-nin tərəfdaşları ilə birlikdə Qəzzada məcburi köçkün icmalarına kömək etməyə hazır olduğu vurğulanıb və əlavə edilib: “Atəşkəs dərhal əldə edilməlidir. Bizə tam, təhlükəsiz və davamlı işə giriş lazımdır.”

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Donald Tramp İncil kitabının onlayn satışına başladı

Aynur Camal

Baş Dövlət Yol Polisi İdarəsinin təbriki

Aynur Camal

Pakistanda məsciddə terror törədilib – ölənlərin sayı 72 nəfərə çatıb – YENİLƏNİB

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu