3 C
Baku
15 Dekabr 2025, 0:28
Baş xəbərDünya

BMT Sudanda 22 nəfərin ölümü ilə nəticələnən hava hücumunu pislədi

Bugun.tv xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Quterreş Sudanda 22 nəfərin ölümü ilə nəticələnən hava hücumunu pisləyib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Katibliyinin sözçüsü tərəfindən edilən yazılı açıqlamada, Quterreşin Sudanda 22 nəfərin ölümü ilə nəticələnən hava hücumunu pislədiyi və həyatını itirənlərin yaxınlarına başsağlığı verdiyi bildirilib. “Baş katib silahlı qüvvələr arasında davam edən müharibənin potensial olaraq bütün regionda sabitliyi pozduğundan, Sudanı genişmiqyaslı vətəndaş müharibəsi astanasına gətirməsindən dərin narahatlığını davam etdirir”.

Qeyd edək ki, Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında davam edən qarşıdurmada orduya məxsus döyüş təyyarələri dünən paytaxtın qərbindəki Umdurmanın Darüssalam rayonuna hava hücumu təşkil edib.

Ədəb şahidləri aralarında qadın və uşaqların da olduğu ən az 20 nəfərin həyatını itirdiyini bildirib.

HDK-nın verdiyi açıqlamada hücumda ən az 31 nəfərin öldüyü, onlarla mülki vətəndaşın yaralandığı deyilib.

Mənbə: TRT Haber

 

 

 

Bugün TV

Oxşar xəbərlər

“Müharibə bitmədiyi halda, Ukraynanın NATO-ya üzvlüyü barədə danışmaq çətindir”

Bugün TV

Netanyahu Trampla görüşmək üçün Vaşinqtona getdi

Aynur Camal

Fevralın 03-də gözlənilən hava şəraiti

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu