21 C
Baku
28 İyun 2025, 0:53
Baş xəbərDünya

BMT: Sudanda atəşkəsə baxmayaraq, ayrı-ayrı toqquşmalar davam edir

Bugun.tv xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəflər arasında qısamüddətli atəşkəsə baxmayaraq, Sudanda fərdi toqquşmaların davam etdiyini bildirib.

BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında Sudandakı mövcud hadisələri çatdırıb.

BMT-nin rəsmi olaraq atəşkəsə nəzarət etmədiyini qeyd edən Düjarrik, ölkənin müxtəlif bölgələrində insanların hələ də böyük ağrılara məruz qaldığına diqqət çəkib.

“Son məlumatlar göstərir ki, Sudanda fərdi münaqişələr davam edir. Bizim humanitar yardım işçilərimiz münaqişənin dayandığı hər an yardım çatdırmağa çalışırlar”, – Düjarrik deyib.

BMT-nin Ümumdünya Ərzaq Proqramının ölkədə 600 min insana yardım çatdırdığını ifadə edən Dujarrik, Ümumdünya Səhiyyə Təşkilatının da münaqişənin başladığı gündən bu yana 38 səhiyyə müəssisəsinin hücuma məruz qaldığını bildirdiyini açıqlayıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Avtomobildə bal pitonu ələ keçirildi

İntizar Əmirova

Ukrayna Rusiyanın paytaxtı Moskvanı pilotsuz təyyarələrlə hədəfə aldı

Aynur Camal

Ümumi seçkilərin nəticələri açıqlandı!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu