17 C
Baku
18 Oktyabr 2024, 9:35
Baş xəbərSosial

BMT tədbirində “ASAN xidmət”in qlobal əhəmiyyəti vurğulanıb

Bugun.tv-yə daxil olan məlumata görə, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinin sürətləndirilməsi üzrə dövlət xidmətləri, innovasiyalar və rəqəmsal həllərin inkişafı mövzusunda tədbir təşkil edilib.

Tədbir Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial məsələlər üzrə Departamentinin Dövlət institutları və rəqəmsal hökumət sektoru ilə BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası tərəfindən birgə gerçəkləşdirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün ölkəmizdə reallaşdırılan ağıllı hökumət həlləri və dövlət xidmətlərində innovasiyaların tətbiqinə dair Azərbaycan təcrübəsi barədə iştirakçıları məlumatlandırıb. Uğurlu təcrübələrin müzakirəsi zamanı Dövlət İdarəçiliyi üzrə Şərq Regional Təşkilatının Baş katibi Aleks Brilantes “ASAN xidmət” təcrübəsinin qlobal əhəmiyyətini vurğulayıb və dövlət rəsmilərini müvafiq təcrübə ilə tanışlığa dəvət edib.

500-dən çox nümayəndənin iştirakı ilə onlayn formada baş tutan tədbirdə innovativliyin təşviqi məqsədilə rəqəmsal texnologiyalardan istifadə, bilik və texnologiyaların transferi barədə də müzakirələr aparılıb.

Aynur Camal

Oxşar xəbərlər

ƏMAS daha bir beynəlxalq uğura imza atdı

Nigar Məmmədova

Oktyabrın 29-da ictimai nəqliyyat pulsuz olacaq

Bugün TV

Kursantlarla praktiki məşğələlər keçirilib

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu