27 C
Baku
26 İyul 2025, 7:06
Dünya

BMT: UNRWA-nın 258 əməkdaşı İsrailin hücumlarında həyatını itirib

BMT rəsmisi Philippe Lazzarini, 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına edilən hücumlarda 258 UNRWA əməkdaşının həyatını itirdiyini və yüzlərlə binanın zərər gördüyünü açıqlayıb.

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini işğalçıların Qəzzaya hücumları nəticəsində UNRWA-nın 258 əməkdaşının həyatını itirdiyini açıqlayıb.

Lazzarini sosial media hesabından verdiyi açıqlamada hücumların Qəzza zolağında humanitar böhranı daha da dərinləşdirdiyini bildirib.

Lazzarini işğalçıların hücumlarından qaçaraq BMT-dən himayə istəyən 745 qəzzalının şəhid olduğunu, 2200-dən çox insanın isə yaralandığını bildirib. Qəzzadakı UNRWA binalarına 650-yə yaxın hücumun qeydə alındığını vurğulayan Lazzarini, “UNRWA binalarının üçdə ikisindən çoxu zədələndi və ya tamamilə dağıldı. Bu binaların əksəriyyəti müharibədən əvvəl uşaqlar üçün məktəb olaraq istifadə edildi” deyib.

Lazzarini, işğalçılar tərəfindən saxlanılan ən azı 20 UNRWA işçisinin hələ də həbsdə olduğunu və sərbəst buraxılanların “sistemli pis rəftar, alçaldılma və işgəncələrə” məruz qaldığını izah edib.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

İranda gənc həkim döyülərək öldürülüb

Aynur Camal

Yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər öldü

Aynur Camal

İkinci rübdə dünyada ən çox satılan 10 smartfon

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu