Bugun.tv təşkilatın məlumatına istinadla xəbər verir ki, BMT Baş katibinin “Münaqişələrlə bağlı cinsi zorakılıq” adlı illik hesabatına əsasən, həm dövlət, həm də qeyri-dövlət subyektləri 21 ölkədə pozuntulara görə məsuliyyət daşıyırlar. Ən yüksək rəqəmlər Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Haiti, Somali və Cənubi Sudanda qeydə alınıb. Hesabatda qeyd olunur ki, qadınlar və qızlar qurbanların 92 faizini təşkil edirlər, lakin kişilər, oğlanlar, müxtəlif cinsi oriyentasiyaları və kimlikləri olan insanlar, irqi və etnik azlıqlar, bəzi əlillərlə birlikdə yaşları 1-dən 75-ə qədər olan şəxslər də bu iyrənc hərəkətlərin qurbanı olub. “Bu həyəcanverici rəqəmlər həmin cinayətlərin qlobal miqyasını və yayılmasını tam şəkildə əks etdirmir”, -deyə sənədin müəllifləri qeyd ediblər.
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri