3 C
Baku
14 Dekabr 2025, 8:38
Baş xəbərDünya

BMT: Yəməndə 4,8 milyon insan didərgin düşdü

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) Yəməndə 4,8 milyon insanın köçkün vəziyyətinə düşdüyünü və ailələrin təhlükəsizliyini təmin etmək üçün təcili dəstəyə ehtiyac olduğunu bildirib.

UNHCR Yəməndəki vəziyyətlə bağlı X səhifəsində bir paylaşım paylaşıb.

“Yəməndə 4,8 milyon insan məcburi köçkün vəziyyətinə düşüb. Bir çoxları bir neçə dəfə qaçmağa məcbur olub”, – yazıda bu ifadələrdən istifadə edilib.

Təhlükəsiz sığınacaqlara çatmağın qeyri-mümkün olduğuna və evakuasiya riskinin artdığına diqqət çəkən yazıda yəmənli ailələrin təhlükəsizliyini təmin etmək üçün təcili dəstəyə ehtiyac olduğu vurğulanıb.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Danimarka hökuməti Quranın yandırılmasını qadağan edən qanun layihəsi hazırlayır

Bugün TV

Küllü miqdarda narkotik aşkarlandı

Teymur Əziz

İndoneziya vulkanı kül püskürür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu