16 C
Baku
24 Oktyabr 2025, 0:39
Texnologiya

BMW yeni Vision Neue Klasse X avtomobilini təqdim etdi

Bugun.tv xəbər verir ki, BMW, elektrik Neue Klasse X adlı konseptual SUV modelini təqdim edib. iX3 ölçülü bu avtomobil gələn il ciddi dizayn dəyişikliyi ilə satışa çıxarılacaq. O digər X modellərinə nisbətən yüzdə 20 daha aerodinamik olacaq. Təkər və əyləc dizaynın yenilənməsi səmərəliliyi 25 faiz artıracaq. Avtomobildəki məlumat-əyləncə ekranı isə sürücünün istəyinə uyğun olaraq yerləşdirilə bilər.

Neue Klasse X-in mühərrik gücü və ya diapazon göstəriciləri haqqında açıqlama verilməsə də, avtomobil BMW-nin altıncı nəsil eDrive texnologiyasından istifadə edir. Bu da əvvəlki modellərlərlə müqayisədə diapazonda 30 faiz üstünlük deməkdir.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Samsung smartfonlara dəstək müddətini azaltdı

Teymur Əziz

Telefon Xəttindən Qida Adapteri

Teymur Əziz

Xiaomi smartfonlardakı kütləvi nasazlığı şərh etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu