5 C
Baku
15 Dekabr 2025, 2:58
Digər

BNA: Avtobusların gecikməsi müvafiq tədbirlərin görülməsini aktuallaşdırır

Son aylarda yollarda müşahidə olunan tıxac, sıxlıq və avtobusların gecikməsi müvafiq tədbirlərin həyata keçirilməsini daha da aktuallaşdırır.

Bugun.tv  xəbər verir ki, bu barədə xüsusi avtobus zolaqları ilə bağlı keçirilən mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, müşahidə olunan problemlər pik və qeyri-pik saatları, iş və qeyri-iş günlərində yol hərəkətində fərq anlamının silinməsinə gətirib çıxarıb.

Mayis Ağayev onu da əlavə edib ki, bütün bunlar xüsusi avtobus zolaqları şəbəkəsinin yaradılması məsələsini daha da aktuallaşdırıb: “Son illərdə keçirilən müşahidələr onu göstərir ki, ictimai nəqliyyatdan istifadə edənlərin sayı artıb (2016-2019 illər ərzində 27% artım). Son illər istifadədə olan sərnişin avtobusları parkının da təqribən 70%-i yenilənib”.

 

Bugün TV

Oxşar xəbərlər

Tramp: Bayden Ukraynaya döyüşməyə yox, yalnız özünümüdafiəyə icazə verirdi

Bugün TV

Beynəlxalq Qızıl Xaç Komitəsinin vəzifəli şəxsi, LGBT üzvü Laura Sesenna Azərbaycan polisinə niyə yalan məlumat verib? Qaxda hansısa gizli görüş olubmu? – VİDEO

Bugün TV

Satışda zərərli diş məcunları var!

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu