15 C
Baku
27 Oktyabr 2025, 6:55
Baş xəbərİdman

Boccia idman növü üzrə “Seni Cup” Azərbaycan çempionatının final mərhələsi keçirildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Milli Paralimpiya Komitəsi, Boccia İdman Federasiyası və “Seni” şirkətinin dəstəyi ilə Boccia idman növü üzrə “Seni Cup” Azərbaycan çempionatının final mərhələsi keçirilib.

Bugun.tv xəbər verir ki, Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın övladlarının ifasında Azərbaycan Himni səsləndirilib, həmçinin Himnin sözləri əlilliyi olan şəxslər tərəfindən işarət dilində təqdim olunub.

Çempionatda 5 kateqoriya (BC1, BC2, BC3, BC4, BC5) və uşaq kateqoriyasında 100-ə yaxın idmançı iştirak edib. Final yarışları həmin kateqoriyalar üzrə finala çıxan paralimpiyaçılar arasında keçirilib.

Yekunda qaliblərin adları açıqlanaraq onlara mükafatlar təqdim edilib.

Qeyd edək ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən çempionat beynəlxalq boccia təşkilatı BISFED qaydalarına əsasən təşkil edilib.

Bugün TV

Oxşar xəbərlər

Çoxmərtəbəli binalar partlayıcılarla söküldü

İntizar Əmirova

Səfərbərlik Xidmətinin ikisi general olmaqla 5 idarə rəisi işdən çıxarılıb

Bugün TV

Rusiya Ukrayna sərhədində təhlükəsizlik tədbirləri görür

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu