12 C
Baku
11 Aprel 2026, 0:20
Dünya

Boeing-in Starliner şatlında 3 helium sızması aşkar edilib

Bildirilib ki, Boeing-in kosmosa göndərilən Starliner şatlında 3 helium sızması aşkar edilib.

Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) X sosial media platformasında Starliner şatlı ilə bağlı açıqlama verilib. “Komandalar kosmik gəmidə üç helium sızması aşkar ediblər”, – məlumatda deyilir.

Sızmalardan birinin uçuşdan əvvəl, digərlərinin isə uçuş zamanı ortaya çıxdığı qeyd edilib. Təsirə məruz qalan helium klapanlarından ikisinin bağlandığı və “kosmik gəminin stabil vəziyyətdə olduğu” bildirilib.

Boeing sözçüsü Jim May bildirib ki, sızıntılar astronavtlar üçün “risk yaratmır”.

İki təxirə salınmadan sonra Boeing dünən ilk dəfə kosmosa iki NASA astronavtını daşıyan Starliner servisini göndərib.

NASA astronavtları Butch Wilmore və Suni Williams, Starliner şatlında, Beynəlxalq Kosmik Stansiyada (BKS) təxminən bir həftə qalmağı planlaşdırırlar.

Mənbə: TrtHaber

Kəmalə Sultan

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu