19 C
Baku
8 Sentyabr 2024, 3:39
Baş xəbərİdman

Boksçularımız xarici ölkələrin milliləri ilə hazırlıq keçir

Bugun.tv Boks Federasiyasının məlumatına əsasən xəbər verir ki, gənc boksçulardan ibarət Qazaxıstan, Özbəkistan və Fransa milliləri Azərbaycanda səfərdədir.

Qonaqlar Bakı Boks Mərkəzində yığma komandamızla birgə təlim-məşq toplanışına qatılıblar.

100-dən artıq idmançının qatıldığı hazırlıq çərçivəsində Azərbaycan millisinin üzvləri ilə sınaq döyüşləri də keçiriləcək. Komandalar aprelin 23-dək birgə məşq edəcəklər.

Azərbaycan yığmasının baş məşqçisi Elbrus Rzayev birgə hazırlığın gələcək uğurlar üçün faydalı olacağını vurğulayıb. O bildirib ki, məhz belə toplanışlarda boksçuların güclü və zəif cəhətləri daha çox nəzərə çarpır, onlar üzərində xüsusi işlənilir. Həmçinin bu günün gənc boksçusu sabah əsas komandaya keçdikdə adaptasiya dövrü uzun çəkmir.

“Məqsədimiz təlim-məşq toplanışlarında və beynəlxalq turnirlərdə özlərini yaxşı tərəfdən göstərən hər bir idmançının daha da inkişafına nail olmaqdır. İstəyirik ki, hər çəki dərəcəsində ən güclülərdən ibarət inamlı komanda formalaşdıraq. Asiyanın və dünyanın aparıcı ölkələrindən olan Qazaxıstan və Özbəkistan, həmçinin Avropada öz sözünü deməyi bacaran Fransa yığmaları ilə birgə hazırlıq növbəti yarışlarda bizə çox faydalı olacaq”, – deyə Elbrus Rzayev bildirib.

Aynur Camal

Oxşar xəbərlər

DTX-dən Beyləqanda əməliyyat: Vəzifəli şəxs saxlanıldı

Nigar Məmmədova

İsrail polisi işğal altındakı Şərqi Qüdsdə namaz qılmaq istəyənlərə müdaxilə etdi

Bugün TV

Pakistanda məsciddə partlayışda ölənlərin sayı 90 nəfəri ötdü – VİDEO – YENİLƏNİB

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu