Mədəniyyət

Bölgələrdə bayram şənliyi təşkil olunub

Ucar rayonunda Azərbaycanın milli adət-ənənəsi olan Novruz bayramı keçirilib.

Bu barədə Bugun.tv-nin bölgə müxbiri Səbinə Mirzəqızı xəbər verib.

Tədbirdə rayon icra başcısı, hüqüq mühafizə orqanları, şəhid ailələri qazilər, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib.

Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə güllər düzülüb.

 

Sonra Ucar rayon icra başcısı Mənsur Məmmədov xalqımızı Novruz Bayramı münasibətilə təbrik edib, hər kəsə fəaliyyətində uğurlar arzulayıb. Şəhid ailələri və qazilər də bu təbrikə qoşulublar.

Daha sonra rayon mərkəzində Novruz şənliyinə start verilib. Şəhid valideyinlərinin iştirakı ilə bayram tonqalı qalanıb.

Milli musiqi, rəqs, kosa ilə keçəlin əyləncəli ifaları bayrama abu-hava qatıb. Tədbirdə süfrələrə milli mətbəximizi özündə əks etdirən təamlar düzülüb, yumurtalar döyüşdürülüb.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Hindistanın zəngin ədəbi irsi Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur

Aynur Camal

Hicran Fuad Əhmədlinin nəzm və nəsr əsərlərinin təqdimatı keçirildi

Aynur Camal

Moda dünyasında incəsənət və qeyri-adi formalar ön plana çıxır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu