Bugun.tv xəbər verir ki, Bolqarıstanın cənub-şərqində leysan yağışların səbəb olduğu sel nəticəsində 2 nəfər həyatını itirərkən, itkin düşən 3 nəfərin axtarışları davam edir.
Bolqarıstan Xəbər Agentliyinin məlumatına görə, baş nazir Nikolay Denkov ölkənin Qara dəniz sahilindəki Tsarevo şəhərində daşqınların insan tələfatına səbəb olduğunu açıqlayıb.
Denkov bölgədəki vətəndaşların təxliyə edildiyini və bunun təhlükəli olduğu səbəbi ilə bölgədə çimməmək barədə xəbərdarlıq edildiyini bildirib.
Sel nəticəsində 2 nəfərin həyatını itirdiyini qeyd edən Denkov, son 24 saatda yağıntı miqdarının aylıq ortalamanın 3-4 qat artdığını deyib.
Bolqarıstan polisi bildirib ki, 112 fövqəladə qaynar xəttinə daşqınlar səbəbindən çətin vəziyyətdə olan insanlar barədə çoxlu məlumat daxil olub.