Bugun.tv xəbər verir ki, Bolqarıstanda vətəndaşlar oktyabrın 29-da birinci turu keçirilmiş yerli seçkilərin ikinci turuna səs verməyə başlayıblar.
Bu gün Bolqarıstanda yerli seçkilərin ikinci turu keçirilir.
Qeydiyyata alınmış seçici sayının 6 milyon civarında olduğu ölkədə 67 siyasi partiya və koalisiya kənd muhtarları, bələdiyyə məclis üzvləri və bələdiyyə başçıları uğrunda yarışır.
“TRT Haber“in məlumatına görə, Birinci turda heç bir namizədin 50 faizlik baryeri keçə bilmədiyi dairələri əhatə edən ikinci turda paytaxt Sofiya və ölkənin digər böyük şəhərləri Varna və Plovdiv merlikləri əhəmiyyət kəsb edir. Sofiyada hakim koalisiyanın tərəfdaşı olan Avropa İttifaqı (Aİ) və NATO-ya yaxın “Dəyişikliyə davam et-Demokratik Bolqarıstan” (PP-DB) alyansının namizədi Vasil Terziev kommunist və digər solçu qüvvələr tərəfindən namizədliyi irəli sürülən Vanya Qriqorova ilə rəqabət aparır.
Səsvermə ölkə üzrə 7250 seçki məntəqəsinin 5900-də kağız və ya maşınla aparıla bilər. Əhalisi 300-dən az olan qəsəbələrdə yalnız kağız bülletenlərdən istifadə olunacaq. Əksəriyyətini türk və müsəlmanlardan təşkil edən Haqq və Azadlıq Hərəkatı (HÖH) partiyası bülletendə 57-ci yerdədir. HÖH sədri Mustafa Karadayı partiyalarının bələdiyyə başçılarının sayını 38-dən ən az 40-a çatdırmağı hədəflədiklərini açıqlayıb. HÖH partiyasının ənənəvi olaraq güclü olduğu Kırcaali bölgəsində ilk turda HÖH namizədi Erol Mümün seçilib. Səsvermə yerli vaxtla saat 08:00-da başlayır və 20:00-a qədər davam edəcək. Mərkəzi Seçki Komissiyası (ZİK) seçkinin yekun nəticələrini noyabrın 7-də açıqlayacaq.