20 C
Baku
28 İyun 2025, 3:16
Baş xəbərDünya

Bomba hücumu nəticəsində 6 mülki şəxs yaralandı

Bugun.tv xəbər verir ki, Pakistanın Hayber Paxtunva əyalətində məktəb yaxınlığında törədilən bombalı hücumda 3-ü uşaq olmaqla 6 mülki şəxs yaralanıb. Ölkə mətbuatında yer alan xəbərə görə, Pişəvər şəhərində yol kənarına qoyulmuş bomba partlayıb.

TRT Haber-in məlumatına görə, məktəb yaxınlığındakı bombalı hücumda 3-ü uşaq olmaqla 6 mülki şəxs yaralanıb. Səlahiyyətlilər, 7-10 yaşları arasında olan uşaqlardan ikisinin vəziyyətinin ağır olduğunu, partlayış nəticəsində bir çox avtomobil və binaya ziyan dəydiyini bildirib. Hücumda 4 kiloqram partlayıcıdan istifadə edildiyinə diqqət çəkən səlahiyyətlilər, məsul şəxslərin tutulması üçün əməliyyat başladıldığını qeyd edib. Bu il Pakistanda, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror aktları artıb. İslamabad hücumların Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) tərəfindən planlaşdırıldığını və idarə olunduğunu iddia etsə də, Əfqanıstan bu iddiaları rədd edir.

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycanlı tələbələrin cənazələri sabah vətənə gətiriləcək-VİDEO

Aynur Camal

Beynəlxalq mühüm cinayətkar saxlanıldı

Aynur Camal

Dəhşətli qəza oldu: 4 ölü, 1 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu