19 C
Baku
28 Oktyabr 2025, 8:06
Digər

Bomba təhlükəsi səbəbilə Aktaudan Şımkentə uçan təyyarə beş saatdan çox yoxlanılıb

Bugun.tv Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, çaxnaşmaya körpəsi olan 27 yaşlı qadın səbəb olub. Ekipaj üzvləri və bütün sərnişinlər təcili olaraq təxliyə edilib, təyyarə mütəxəssislər tərəfindən beş saatdan çox yoxlanılıb. Hadisə yerində xüsusi xidmət əməkdaşları çalışıb, lakin təyyarədə heç bir partlayıcı maddə aşkar edilməyib. Hadisənin şahidləri qadının belə ifadəsinə emosional pozğunluqdan əziyyət çəkməsinin səbəb olduğunu ehtimal edirlər. Polis qadın sərnişini saxlayıb. Nəqliyyat polis departamentində aydınlaşdırılıb ki, faktla bağlı “Terror aktı haqqında bilərəkdən yalan xəbər vermək” maddəsi ilə cinayət işi açılıb.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Körpələr üçün COVID təhlükəsi aşkar edildi

İntizar Əmirova

Ölkənin tanınmış baş redaktorları Elşən Gəncəvinin namizədliyini dəstəkləyir – MÜSAHİBƏLƏR (FOTOLAR)

Aynur Camal

Britaniyanın məşhur çimərliyinə giriş bağlandı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu