Bugun.tv xəbər verir ki, Pakistanın şimal-şərqindəki Hayber Paxtunxva əyalətinin Şanqla bölgəsində törədilən bombalı hücum nəticəsində 5-i çinli olmaqla 6 nəfərin öldüyü bildirilib. Şanqlada polis məmuru Bakhat Zahir hücumla bağlı açıqlama verib. Zahir bildirib ki, hücum partlayıcı ilə dolu avtomobilin başqa bir avtomobilə çırpılması zamanı həyata keçirilib.
Müxbir: Şəms Elnurqızı