28 C
Baku
20 İyul 2025, 23:27
DünyaSiyasət

Boqdanov: “Türkiyədə keçiriləcək prezident seçkilərində layiqli namizədin qalib gələcəyinə əminəm”

“Türkiyədə keçiriləcək prezident seçkilərində layiqli namizəd qalib gələcək. Türk xalqı layiq bildiyi birini seçsin. Türkiyə Cümhuriyyəti ilə indi çox inkişaf etmiş münasibətlərimiz var”.

Bugun.tv xəbər verir ki, Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi elçisi, xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.

Qeyd edək ki, Türkiyədə parlament seçkiləri ilə yanaşı, mayın 14-də prezident seçkiləri də baş tutacaq. Prezidentliyə namizədin birinci turda qalib gəlməsi üçün 50%-dən çox səs toplaması lazımdır. Əks halda, ən çox dəstəyi qazanan iki tərəfin qarşılaşacağı ikinci mərhələ keçiriləcək.

Xatırladaq ki, bundan əvvəlki prezident seçkiləri 2018-ci il iyunun 24-də keçirilib. 52,6% səslə hazırkı prezident Rəcəb Tayyib Ərdoğan qalib gəlib.

Mənbə: TASS

Nigar Məmmədova

Oxşar xəbərlər

Bu gün Türkiyədə Zəfər Bayramı qeyd edilir

Aynur Camal

11 min 406 şagird şəhid edildi

Aynur Camal

Yəməndə gəmiyə hücum edildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu