24 C
Baku
20 İyul 2025, 4:04
Baş xəbərDünya

“Boris” fırtınası İtaliyanı vurdu! Qırmızı xəbərdarlıq verildi

Mərkəzi Avropada azı 24 nəfərin ölümünə səbəb olan “Boris” qasırğası İtaliyaya çatıb. İtaliyanın şimalında güclü yağışların daşqın və torpaq sürüşməsinə çevrilməsi nəticəsində minə yaxın insan evlərindən təxliyə edilib.

“Boris” qasırğası İtaliyaya çatıb. Fırtına Şimali İtaliyanın Emiliya-Romanya bölgəsində böyük dağıntılara səbəb olub.

Min nəfərə yaxın insan evlərindən təxliyə edilib. İtaliya yanğınsöndürmə briqadasından verilən açıqlamada 2 nəfərin itkin düşdüyü, axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib. Əlverişsiz hava şəraiti ilə əlaqədar Bolonya, Çesena, Forli, Rimini və Ravenna şəhərlərindəki məktəblərdə bu gün tədris dayandırılıb. Rayonda 5 dəmir yolu xəttində də nəqliyyat dayandırılıb.

Baş nazirlik Mülki Müdafiə İdarəsi də bu gün və sabah həddindən artıq yağışın ola biləcəyi səbəbiylə Emilia-Romagna bölgəsi üçün “qırmızı” xəbərdarlıq etdi.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

“Ulu Öndər sonsuzadək gəncliyin qəlbindədir” adlı tədbir keçirildi – Fotolar

Nigar Məmmədova

Kanat qəzası: 4 ölü, 1 yaralı

Aynur Camal

İrandan İsveçə sərt reaksiya!  

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu