25 C
Baku
3 İyun 2025, 13:35
Baş xəbərDünya

Borrell: İsrailin Livandakı hücumlarında ölənlərin sayı dəhşət saçır

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, İsrailin Livandakı hücumları nəticəsində insan itkilərinin həyəcan verici həddə çatdığını ifadə edərək, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasını müharibəyə gedən yolu dayandırmağa çağırıb. Borrell sosial media hesabındakı paylaşımında “İsrailin Livandakı hücumlarında ölənlərin sayı həyəcan vericidir. Son məlumatlara görə, 500-dən çox yaralı var və qurbanlar arasında 50 uşaq da var” deyib.

 BMT Baş Assambleyasının 79-cu iclası üçün Nyu Yorkda olan Borrell, “Təhlükəsizlik Şurası öz rolunu oynamalıdır. Biz təcili olaraq müharibəyə gedən yolu dayandırmalıyıq. Hər iki tərəf atəşkəs rejimini dərhal tətbiq etməlidir” deyib.

Livanın Səhiyyə naziri Firas əl-Ebyad, dünən səhər saatlarından etibarən İsrailin ölkənin cənub və şərqində həyata keçirdiyi “görünməmiş” hücumlarda ölənlərin sayının 558-ə, yaralıların sayının isə 1835-ə yüksəldiyini bildirib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İsrailin Hərbi Nazirlər Kabinetinin üzvü Gantz istefa verdi!

Aynur Camal

15 əyalətdə zəhər tacirlərinə qarşı “Narcoforce” əməliyyatı: 199 nəfər saxlanıldı

İntizar Əmirova

Karaqanda vilayətində taxıl daşıyan 19 vaqon relsdən çıxıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu