25 C
Baku
20 İyul 2025, 7:35
Baş xəbərDünya

Bosniya və Herseqovina NATO-dan ölkəyə qoşun yeritməyi tələb etdi

Bugun.tv xəbər verir ki, Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədri Denis Zvizdiç NATO-dan ölkənin şimal-şərqindəki Brcko bölgəsinə qoşun yeritməsini tələb edib.

O bununla bağlı sosial media hesabında açıqlama verib. NATO-nun 11-12 iyul tarixlərində Vilnüsdə keçiriləcək sammitində Qərbi Balkanların da müzakirə ediləcəyini bildirib.

1992-1995-ci illərdə Bosniya və Herseqovinada müharibəyə son qoyan Dayton Sülh Müqaviləsi əsasında NATO-dan Brcko bölgəsinə qoşun yerləşdirməsini tələb edən Zvizdiç, “NATO-nun atacağı addımla Bosniya və Herseqovinadakı ən böyük təhlükələrdən biri uğurla aradan qaldırılacaq”, – deyib.

Mənbə: TRT Haber

Nigar Məmmədova

Oxşar xəbərlər

Fransada yaşayan iranlılar molla rejiminə qarşı etiraz aksiyası keçirir

Aynur Camal

Rusiya ordusu bu il ən yeni atıcı silahlar alacaq: məlum olanlar

Aynur Camal

Honda və Nissan birləşməsi ləğv edilirmi? Yapon mətbuatından yeni iddia

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu