9 C
Baku
23 Dekabr 2024, 5:07
Digər

Botulizm-ölümlə nəticələnən zəhərlənmə

Hər il olduğu kimi bu il də turşudan zəhərlənmə halları artmağa başlayıb. Əksəriyyət ev şəraitində hazırlanan turşuların daha ziyansız olduğunu düşünür, əslində isə bu yanlışdır. Çünki zəhərlənmə təkcə fabrikdə yox, evdə hazırlanan turşularda da qeydə alınır. Konservləşdirilmiş qidadan zəhərlənmə-botulizm bəzən ölümlə də nəticələnə bilir. Bu səbəbdən qidaları almazdan, qəbul etməzdən öncə bilməli olduğumuz məqamlar var.

Mövzu ilə bağlı  toksikoloq Azər Maqsudov Bugun.tv-yə açıqlamasında bildirir ki, botulizm  ağır kəskin toksik infeksiyadır. Bu  oksigen olmayan şəraitdə infeksiya inkişaf edir və kütləvi şəkidlə  zəhərlənməyə səbəb olur. Çox vaxt da həyat üçün təhlükə yaradır. Tez bir vaxtda qida zəhərlənməsi kimi özünü biruzə verir. Ürəkbulanma, qusma, mədə nahiyəsində ağrılar, bədənin hərarətinin qalxması. Bunun qabağı həkim tərəfindən alınmasa, təbii ki, vəziyyət kəskinləşir və xəstə huşunu itirə bilər. Bəzən belə hallarda zəhərlənən adama qatıq verməklə kifayətlənirlər. Qatıq müalicə üsulu deyil. Mütləq həkimə müraciət etmək lazımdır.

Üzərindəki etiket məlumatlarına, yəni istehsal və son istifadə tarixiniə, saxlanma qaydalarına  baxmaq vacibdir.

Konserv hazırlayarkən yalnız mövsümi meyvə və tərəvəzlərdən istifadə etmək lazımdır. Həmçinin bəzən ev şəraitində turşu hazırlayarkən içərisinə asprin tərkibli maddələr əlavə edirlər. Bu da həmin qida məhsulunun tərkibinin dəyişməsinə səbəb olur. Nəticədə zəhərlənmə baş verir.

Nigar Məmmədova

Oxşar xəbərlər

“Arka Sokaklar”ın “Mesut komissar”ı evləndi – FOTO

Kəmalə Sultan

Baş Dövlət Yol Polisi İdarəsindən avtomobil sahiblərinə tövsiyə

Bugün TV

İsrailli mühacirlər Ramallah yaxınlığındakı kəndə hücum etdilər

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu