34 C
Baku
27 İyul 2025, 13:17
Dünya

Böyük Britaniya ilə Norveç arasında yeni strateji tərəfdaşlıq sazişi imzalandı

Böyük Britaniyanın baş naziri Keir Starmer və Norveçin baş naziri Jonas Qahr Store yeni strateji tərəfdaşlıq sazişi imzalayıblar. İngiltərə Baş nazirinin 10 nömrəli ofisinin sözçüsündən verilən açıqlamaya görə, İngiltərə Baş naziri Keir Starmer Norveçin Bergen şəhərində Norveç Baş naziri Jonas Gahr Store ilə görüşərək strateji tərəfdaşlıq müqaviləsi imzalayıb.

Görüş zamanı Starmer bəyan edib ki, Norveç İngiltərənin ən yaxın müttəfiqlərindən biri, mühüm müdafiə və təhlükəsizlik tərəfdaşı və Avropa təhlükəsizliyinin kritik dəstəkçisidir.

Görüş zamanı baş nazir Starmer Ukraynadakı vəziyyətə də toxunub və 2025-ci ilə girərkən ukraynalıların mümkün olan ən güclü mövqedə olmasını təmin etməyə diqqət etdiklərini bildirib.

Liderlər həmçinin Böyük Britaniyanın rəhbərliyi ilə yaradılan və çoxmillətli hərbi qüvvə kimi tanınan Birgə Ekspedisiya Qüvvələrinin (JEF) Ukraynaya sarsılmaz dəstəyini vurğulayıblar.

Britaniya və Norveç baş nazirləri həmçinin qeyd ediblər ki, JEF Şimali Atlantika, Skandinaviya və Baltikyanı regionlarda təhlükəsizliyin dəstəklənməsi baxımından həyati əhəmiyyət kəsb edir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

İndoneziyada Ruanq vulkanı püskürüb

Aynur Əfəndi Zadə

“Biz Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyirik”

Aynur Camal

Tramp gələn ilin may ayında mühakimə olunacaq

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu