Bugun.tv BBC-yə istinadla xəbər verir ki, həmin hallardan yalnız dördü indiyədək ictimaiyyətə məlum olub. Onlardan ən böyüyü 2022-ci ildə baş verib. Taliban rejimindən qaçan təxminən 19 min nəfərin şəxsi məlumatlarının yer aldığı cədvəl təsadüfən açıqlanmışdı. Bu hadisə nəticəsində minlərlə əfqan gizli şəkildə Böyük Britaniyaya köçürülmüşdü. Məsələ yalnız ötən ay Ali Məhkəmənin məxfilik qadağasını qaldırmasından sonra ictimaiyyətə açıqlanıb. Böyük Britaniyanın məlumatların mühafizəsi üzrə qurumu həmin hadisəni adi yoxlamaların aparılmaması nəticəsində baş vermiş tək hadisə kimi xarakterizə etsə də, yeni rəqəmlər təhlükəsizlik qaydalarının sistemli şəkildə pozulduğu barədə narahatlıq yaradıb.
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri
