19 C
Baku
8 Sentyabr 2024, 3:47
Dünya

Böyük Britaniya nüvə sınaqlarının bir hissəsi kimi ballistik raket buraxacaq – The Sun

Bugun.tv “The Sun” qəzeti mənbələrə istinadən xəbər verir ki, Böyük Britaniya 2016-cı ildən bəri ilk dəfə olaraq yenidən təchiz edilmiş HMS Vanguard nüvə sualtı qayığından Trident II D5 ballistik raketini sınaqdan keçirəcək.

Silahsız raket ABŞ-ın şərq sahillərindən təqribən 90 km uzaqlıqdakı yerdən atılacaq. Ötən ayda HMS Vanguard Florida ştatındakı Port Canavareldə görünüb. ABŞ Milli Yer Məkan Kəşfiyyat Agentliyi gəmiçilik şirkətlərinə potensial buraxılış barədə xəbərdarlıq edib.

Məlumata görə, Trident II D5 sınaq buraxılışı sualtı qayığın Plimutda yeddi il davam edən əsaslı təmirdən sonra yenidən xidmətə girib-girməyəcəyini müəyyən etmək üçün lazım olacaq.

HMS Vanguard-dan başqa, Birləşmiş Krallıqda 1990-cı illərdə inşa edilmiş daha üç Vanguard sinifli nüvə gəmisi var.  HMS Victorious, HMS Vigilant və HMS Vengeance. Hazırda onlardan yalnız ikisi xidmətə yararlıdır. 2030-cu illərin əvvəllərində Böyük Britaniya onları Dreadnought sinifli sualtı qayıqlarla əvəz etməyə başlayacaq.

Kral Donanması 21-ci əsrdə Trident II D5-in cəmi beş buraxılışını həyata keçirib. Onlardan sonuncusu 2016-cı ildə baş verib. HMS Vengeance tərəfindən buraxılan raket 9000 km məsafə qət etməli. Atlantik okeanının cənub hissəsindəki hədəfi vurmalı idi. Lakin kursdan çıxıb və avtomatik olaraq özünü məhv edib.

Mənbə tass

Müxbir Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Kosmosdan ilk 5G rabitə seansı Rusiyada baş tutub

Sevinc Sadıqova

Pakistanda zəlzələ səbəbindən ölənlərin sayı 9-a çatdı

Nigar Məmmədova

Homo sapiensin mədəni inqilabının şərtləri açıqlanır

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu