Bugun.tv BBC-yə istinadla xəbər verir ki, məhkəmədənkənar razılaşmaya əsasən, 2021-ci ildə Keniyanın Rift Vadisində yerləşən Lolldaiqa qoruğunda baş vermiş yanğınla bağlı 7 min 723 nəfər iddiaçı mülkiyyətlərini itirdiklərini və sağlamlıq problemləri ilə üzləşdiklərini bildiriblər. Böyük Britaniyanın Nayrobidəki Yüksək Komissarlığının sözçüsü yanğını son dərəcə təəssüf doğuran hadisə adlandırıb və qeyd edib ki, hökumət iddiaların həlli üçün xeyli vaxt, səy və resurs sərf edib. Rəsmi London ödənilən məbləği açıqlamasa da, işə baxan vəkil Kevin Kubai BBC-yə bildirib ki, zərərçəkənlərə ümumilikdə 2,9 milyon funt sterlinq ödənilib. O, nəticəni ən yaxşı mümkün razılaşma kimi qiymətləndirib. Bununla belə, bir çox iddiaçılar aldıqları məbləğin itkilərini tam qarşılamaq üçün kifayət etmədiyini deyiblər.
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri