Böyük Britaniya Müdafiə naziri Con Hili bildirir ki, London artıq Ukraynaya səfərlər edib və sülh razılaşması imzalanacağı təqdirdə hansı hərbi birliklərin göndəriləcəyini müəyyən edib.
Hili deyib: “Biz Ukraynada hansı vahidlərdən istifadə edəcəyimizi, onları necə yerləşdirəcəyimizi və onların hansı rolları oynayacağını bilirik”.
Nazir əlavə edib ki, planlara “Britaniya qoşunlarının uzunmüddətli sülhün təminatı üçün Ukraynaya yerləşdirilməsi” də daxil ola bilər.
Həmçinin qeyd edilib ki, Londonun qoşun göndərilməsi və yerləşdirilməsi üçün 130 milyondan çox ABŞ dolları ayırmağa hazır olduğu bildirilir.
Mənbə: TASS
