Baş xəbərDünya

Böyük Britaniyada 50 illik fasilədən sonra raket buraxılışı həyata keçiriləcək

Böyük Britaniyada son 50 il ərzində ilk dəfə olaraq raket buraxılışı baş tutacaq.

Bugun.tv “Telegraph”a istinadla xəbər verir ki, bu ölkədə yerləşən “Skyrora” şirkəti Şotlandiyanın Şetland adasında yerləşən Saxavord kosmodromundan 16 vertikal buraxılış həyata keçirmək üçün ilk dəfə rəsmi lisenziya alıb. Bu, Böyük Britaniyada 1970-ci illərdə həyata keçirilmiş “Black Arrow” proqramından sonra ilk vertikal raket buraxılışı olacaq.

Şirkət gələcəkdə peykləri orbitə çıxarmaq üçün daha böyük raket hazırlamağı da planlaşdırır. Böyük Britaniyanın aviasiya və kosmos naziri Mayk Keyn bu hadisəni ölkənin kosmos sənayesində mühüm mərhələ adlandırıb.

Bugün TV

Oxşar xəbərlər

Ərdoğan BMT Baş katibi Quterreşi qəbul edib

Aynur Camal

Nyu-York meriyasında tarixdə ilk dəfə müsəlman iftarı təşkil edildi

Aynur Camal

Kosmetoloq: Kişilərin dəriyə qulluq etməsi artıq adi haldır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu