7 C
Baku
23 Fevral 2026, 16:15
Digər

Böyük Britaniyada fəallar İlon Maskın enerji bazarına giriş planlarına qarşı çıxdılar

Bugun.tv “Telegraph”a istinadla xəbər verir ki, onlar ölkənin enerji tənzimləyicisi “Ofgem”i İlon Maskın planlarını bloklamağa çağırıblar. “Best for Britain” adlı kampaniya qrupu artıq 8 mindən çox etiraz məktubu toplayıb. Məktublarda Maskın enerji üzərində nəzarətini artırmasına imkan verilməməsi tələb olunur. Etirazlar “Tesla” şirkətinin yaxın aylarda Böyük Britaniyada öz elektrik təchizatçısını istifadəyə vermək planlarına cavab olaraq ortaya çıxıb. Bu, “Octopus Energy” və “British Gas” kimi mövcud enerji şirkətləri ilə rəqabət yaradacaq. “Tesla”nın Britaniya evlərinə elektrik satmaq planları ilk dəfə bu ayın əvvəlində dərc olunmuşdu. Məlumata görə, ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Ofgem”ə elektrik təchizatı lisenziyası üçün müraciət edib.

Bugün TV

Oxşar xəbərlər

Yaponiyada su sistemi üçün bələdiyyəyə 21 kiloqram “gizli” qızıl ianə edilib

Aynur Camal

Trampdan AF məsələsi ilə bağlı sərt açıqlama: Netanyahu üçün İsrail Prezidenti Herzog’a tənqid

Aynur Camal

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu