Bugun.tv “Reuters”ə istinadla xəbər verir ki, bu barədə ölkənin ən böyük məişət zorakılığı ilə mübarizə təşkilatlarından biri olan “Refuge” açıqlama yayıb. Qeyd olunub ki, 16-25 yaş arasında olan qadın və qızlar boğma, öldürmə və bədənə zərər yetirmə ilə hədələnirlər. Təşkilatın məlumatına görə, 2024-cü ilin aprelindən 2025-ci ilin martına qədər uzunmüddətli dəstək alan 525 gənc qadın və qız fiziki zorakılığa məruz qaldığını bildirib. Onların təxminən yarısı boğulma ilə üzləşib. Bu isə ötən illə müqayisədə 9 faiz artım deməkdir. “Məişət zorakılığı çox zaman diqqətdən kənarda qalır. Lakin bu yeni rəqəmlər dəhşətli reallığı göstərir. Bir çox gənclər bu qorxunc cinayətin qurbanına çevrilirlər”,- deyə “Refuge”nin baş icraçı direktoru Cemma Şerrinqton vurğulayıb.
əvvəlki yazı
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri