10 C
Baku
22 Fevral 2026, 15:42
Digər

Böyük Britaniyada xərçəng xəstəliyinin geniş yayılacağı gözlənilir

Bugun.tv “The Guardian”a istinadla xəbər verir ki, araşdırmaya görə, 2040-cı ilə qədər ölkədə hər iki dəqiqədə bir nəfərə xərçəng diaqnozu qoyulacaq. Son 15 ildə bu ölkədə 5,5 milyon xərçəng xəstəsi qeydə alınıb. Növbəti 15 ildə isə bu rəqəmin 14,2 faiz artaraq 6,3 milyona çatacağı gözlənilir. Regionlar üzrə ən yüksək artımın cənub-şərq bölgəsində olacağı, 2040-cı ilə qədər burada 1 milyondan çox yeni diaqnozun qoyulacağı ehtimal edilir. “One Cancer Voice” adlı 60 xərçəng xeyriyyə təşkilatını birləşdirən koalisiya hökumətə müraciət edərək, mövcud vəziyyətlə bağlı tədbirlər görməyə çağırıb. Təşkilatlar bildiriblər ki, yalnız bu yolla insanların həyatını xilas etmək və xərçənglə mübarizədə nəticələri yaxşılaşdırmaq mümkündür. Araşdırmaçılar, həmçinin xəbərdarlıq edirlər ki, lazımi tədbirlər görülməsə, Milli Səhiyyə Xidməti bu məsələnin öhdəsindən gəlməkdə çətinlik çəkə bilər.

Bugün TV

Oxşar xəbərlər

Yaponiyada su sistemi üçün bələdiyyəyə 21 kiloqram “gizli” qızıl ianə edilib

Aynur Camal

Trampdan AF məsələsi ilə bağlı sərt açıqlama: Netanyahu üçün İsrail Prezidenti Herzog’a tənqid

Aynur Camal

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu