25 C
Baku
11 Sentyabr 2025, 0:41
Digər

Böyük Britaniyanın ən ucqar adasında işləmək üçün tibb bacısı axtarılır

Bugun.tv “Independent”ə istinadla xəbər verir ki, Şotlandiyanın Şetland və Orkni adaları arasında yerləşən kiçik adanın 50 nəfər daimi sakini var. Milli Səhiyyə Xidmətinin məlumatına görə, seçiləcək tibb işçisi adanın daimi əhalisinə, həmçinin turistlərə tam ştatlı tibbi xidmət göstərəcək. Qeyd olunur ki, bu vəzifə yüksək şəxsi dözümlülük və müstəqil işləmə bacarığı tələb edir.Tibb bacısına illik 41,608 – 50,702 funt sterlinq arasında əməkhaqqı təklif olunur. Həmçinin əməkhaqqı paketinə əlavə ödənişlər də daxildir. Bundan başqa, seçilmiş namizədə hər il 2 min 482 funt sterlinq məbləğində “uzaq ada əlavəsi” veriləcək. Eyni zamanda, köçmə xərcləri üçün 8 min funt sterlinqədək maliyyə dəstəyi ayrılacaq. Adada sosial xidmətlərin məhdud olması səbəbindən tibb bacısının şəxsi qayğı və sosial dəstək işlərini də həyata keçirməsi nəzərdə tutulur.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Sağlam pəhriz və idman diabet riskini azaldır

İntizar Əmirova

COVID-19 qadınlarda qan damarlarının daha sürətli qocalmasına səbəb ola bilər

İntizar Əmirova

Rusiya estoniyalı diplomatı deportasiya etmək qərarına gəlib

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu