Baş xəbər

“Böyük Vətən müharibəsində qəhrəmanlıqları ilə tarixə düşən Azərbaycan xalqı!”

“Böyük Vətən müharibəsində qəhrəmanlıqları ilə tarixə düşən, qorxmazlığı, mərdliyi, şücaətləri ilə qəhrəmanlıq salnaməsi yazmış Azərbaycanın mərd oğul və qızlarının dərin hörmət və ehtiramla anıldığı gündür!

1941-45-ci illərdə Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə vuruşub. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılıb, Azərbaycanın 600 mindən çox igid oğul və qızı cəbhəyə yollanıb”.

Bu fikri Bugun.tv-yə Milli Məclisin deputatı Jalə Əhmədova bildirib.

“Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmiş Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və s. milli diviziyalar Simferopolun, Odessanın və digər şəhərlərin, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü Belqrad diviziyası və həmin diviziyanın 1041-ci alayı Yuqoslaviyanın azad olunmasında fəal iştirak edib, 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük döyüş yolu keçib, Berlinin süquta yetirilməsində xüsusi fəallıq göstərib. Azərbaycan diviziyaları şəhər və kəndləri alman faşistərindən təmizləyib, 170 mindən çox əsgər və zabitlərimiz SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunublar”,-J.Əhmədova qeyd edib.

“Cəsurluq, mərdlik, misilsiz igidlik və yenilməzlik nümayiş etdirərək faşizm üzərində qələbə çalmış veteranlarımızın qəhrəmanlıq məktəbi bugünkü nəsil üçün bir nümunə oldu və möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində biz bunun şahidi olduq.

Qələbə bayramınız mübarək olsun! “, – deputat vurğulayıb.

Bugün TV

Oxşar xəbərlər

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında hüzn, həm də qürurla yaşayan bir tarixdir

Bugün TV

Ekspert: ABŞ və İran arasında danışıqlarda anlaşma mümkündür

Aynur Camal

Vüqar Bayramov: Yeni Dövlət Proqramı iş adamları üçün yeni imkanlar yaradacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu