10 C
Baku
14 Mart 2026, 13:44
Mədəniyyət

Böyük yarış. Lancia Audiyə qarşı” filmi “CinemaPlus”da nümayiş olunacaq

Bugun.tv xəbər verir ki, CinemaPlus kinoteatrlar şəbəkəsində yanvarın 18-dən etibarən avtomobil yarışlarından bəhs edən, İtaliya və Britaniya istehsalı olan “Böyük yarış. Lancia Audiyə qarşı” filminin nümayişi başlayır.

Filmin süjeti real hadisələr əsasında çəkilib və 1983-cü ildə Dünya Ralli Çempionatında Audi Quattro və Lancia 037 komandalarının rəqabəti haqqındadır.

Rejissor: Stefano Mordini.

Baş rollarda Daniel Brül, Rikkardo Skamarço, Folker Bruh, Keti Klarkson-Hill, Yacopo Rampini, Kay Portman və Aksel Gallua.

Film haqqında qısa məlumat: İtalyan “Lancia” və Alman “Audi” arasında məşhur qarşıdurma hekayəsi. Dünyanın ən yaxşı pilotları tərəfindən idarə olunan iki konsernin, iki fəlsəfənin və iki əfsanəvi avtomobilin döyüşü. 12 ölkədə 20 yol: yağış, qar, dağ serpantinləri və orta əsr şəhərlərinin dar küçələri. Bütün imkanlardan istifadə olunur – komandaların heç biri geri çəkilməyi düşünmür. Qalib hər şeyi alır, uduzan maşınları yuyur.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Mənbə: azadmedia

Bugün TV

Oxşar xəbərlər

Чингиз Абдуллаев: «Эль Бакуви – это Моцарт поэтического слова»

Aynur Camal

Выдающийся писатель Чингиз Абдуллаев о творчестве Эль Бакуви

Aynur Camal

“Yarımçıq qalmış” tamaşa layihəsi uğurla başa çatdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu