19 C
Baku
8 Sentyabr 2024, 3:56
Dünya

Braziliya İsrail qərarını açıqladı! Dünyaya nümunə olacaq bir addım

Braziliya İsrailin Qəzzada törətdiyi soyqırımına cavab olaraq İsraillə bağlı kritik addım atıb. İsrail səfiri ölkəyə geri çağırılıb. İsrailin törətdiyi qırğınlara dünyadan reaksiya addımları gəlməkdə davam edir. İsrailin Qəzzaya davam edən hücumlarına görə Braziliyanın İsraildəki səfirini geri çəkdiyi bildirilib. Braziliya mətbuatının məlumatına görə, hökumət Təl-Əviv səfiri Frederiko Meyeri “məsləhətləşmələr” üçün geri çağırıb.

Braziliyanın İsraildəki diplomatik missiyası müvəqqəti işlər vəkili səviyyəsində fəaliyyətini davam etdirəcək. Milli mətbuata açıqlama verən yüksək rütbəli Braziliya rəsmisi İsrailə yeni səfirin qısa müddətdə təyin olunmayacağını bildirib.

İsrailin xarici işlər naziri Yisrael Katz bildirib ki, Braziliya prezidenti Lula da Silva fevralın 19-da İsrailin Qəzzanı işğal etməsini nasist lideri Adolf Hitlerin hərəkətləri ilə müqayisə etməsinə cavab olaraq “persona non-qrata” elan edilib.

Lula da Silva İsrailin Qəzzanı işğal etməsini “soyqırım” kimi qiymətləndirərək, bunu nasist lideri Adolf Hitlerin hərəkətlərinə bənzədib və Qəzza zolağında baş verənlərin “müharibə deyil, soyqırım” olduğunu bildirib. İsrailin baş naziri Benyamin Netanyahu da Lula da Silvanın sözlərinə reaksiya verib və “qırmızı xəttin keçdiyini” bildirib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Mebel fabrikində güclü yanğın baş verdi

Nigar Məmmədova

Tək oturacaqlı təyyarə qəzaya uğradı

Aynur Camal

Meksikada hərbi helikopterin okeana düşdü, 3 nəfər öldü

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu