21 C
Baku
15 Mart 2025, 15:08
Dünya

Braziliya prezidenti Lula məktəblərdə mobil telefonların qadağan edilməsini təsdiqlədi

Braziliya prezidenti Luiz İnasio Lula da Silva Konqresin qəbul etdiyi ibtidai və orta məktəblərdə mobil telefondan istifadəni qadağan edən qanunu təsdiqləyib.

Qanunun qüvvəyə minməsi ilə həm dərslərdə, həm də fasilələrdə mobil telefondan istifadə qadağan olunacaq. Lula da Silva məsələ ilə bağlı açıqlamasında qanunun “tamamilə” zəruri olduğunu və oxşar təcrübələrin digər ölkələrdə də həyata keçirildiyini bildirib.

Vəzifəyə başladığı gündən etibarən nazirləri və digər rəsmiləri keçirdikləri görüşlərdə telefondan istifadə etməmələri ilə bağlı xəbərdarlıq etdiyini bildirən Lula da Silva, cib telefonlarının diqqəti yayındırdığını vurğulayıb.

Yeni nizamnaməyə əsasən, məktəblərdə mobil telefonlardan yalnız pedaqoji məqsədlər üçün və müəllimlərin nəzarəti altında istifadə oluna bilər.

2024-cü ilin oktyabrında Locomotiva İnstitutu və QuestionPro tərəfindən aparılan sorğuya görə, braziliyalı valideynlərin 82 faizi məktəblərdə mobil telefonların qadağan edilməsini dəstəkləyir.

Uşaq və gənclərin sağlamlığına və təhsilinə mənfi təsirləri nəzərə alınaraq, 20 dekabr 2024-cü il tarixində Konqresdə səsvermə nəticəsində ibtidai və orta məktəblərdə mobil telefondan istifadənin qadağan edilməsinə dair tənzimləmə qəbul edilib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

“Barometrik şokdan” özümüzü necə qoruyaq

Aynur Camal

Analar üçün ömürlük vergi azadlığı

Aynur Camal

Qüdsdəki etirazlarda 80 mindən çox insan iştirak edir — TV

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu