Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən Sambadrom stadionunda keçirilən samba məktəblərinin ənənəvi yürüşləri ilə Rio Karnavalı rəsmi olaraq start götürüb. Tədbir minlərlə yerli sakin və xarici turistin iştirakı ilə böyük coşqu ilə başlayıb.
Məlumata görə, tarixi 1700-cü illərə gedib çıxan bu məşhur karnavalda samba məktəbləri öz rəqsləri, səhnə nümayişləri, geyimləri və musiqiləri ilə bir-biri ilə yarışır.

Rio Karnavalı dünyanın müxtəlif ölkələrindən yüz minlərlə turisti Braziliyaya cəlb edən ən böyük mədəni tədbirlərdən biri hesab olunur. Karnaval başlamazdan əvvəl hər il müxtəlif ənənəvi mərasimlər də keçirilir.

Qeyd olunur ki, afro-braziliyalılar festivalın keçirildiyi Sambadrom stadionunda xüsusi tütsülər yandıraraq məkanın “enerjisinin təmizləndiyinə” inanırlar.
Bundan başqa, “Lavagem de Sapucai” adlı mərasimdə karnavalın uğurlu keçməsi üçün dualar edilir.

Rio Karnavalının başlanğıcını simvolizə edən bu tədbirdə Braziliyadan və dünyanın dörd bir yanından gələn minlərlə insan iştirak edib.

Mənbə: ensonhaber.com
