6 C
Baku
29 Yanvar 2026, 18:56
Baş xəbərHadisə

Braziliyada təyyarə qəzası oldu! 14 nəfər öldü

Bugun.tv xəbər verir ki, Braziliyanın Amazonas ştatında EMB-110 tipli təyyarənin qəzaya uğraması nəticəsində 14 nəfər ölüb.

Amazonas əyalətinin paytaxtı Manausdan Barselos meşə qəsəbəsinə doğru hərəkət edən təyyarənin qəzaya uğrayarkən uçuşunu tamamlamaq üzrə olduğu öyrənilib.

Amazon şirkətinin təhlükəsizlik katibi Vinisius Almeyda qəzadan sonra verdiyi açıqlamada, “Əldə edilən ilk məlumata görə, təyyarənin şiddətli yağış səbəbilə zəif görmə qabiliyyətinə malik olduğu və Barselosda eniş zamanı qəzaya uğradığı müəyyən edilib”, – deyib.

Bildirilib ki, təyyarə ovçuluqla məşğul olan iş adamı tərəfindən icarəyə götürülüb. Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyəyə rəsmi səfər edəcək

Aynur Camal

Kristin qasırğası təhsili və nəqliyyatı iflic etdi

Aynur Camal

Zəncəfilin sağlamlığa faydaları və istifadəsində diqqət edilməli məqamlar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu