23 C
Baku
9 İyun 2025, 23:17
Dünyaİqtisadiyyat

Braziliyanın Çinlə ticarətdə dollardan imtina etməsi regiona təsir edəcək

Braziliya və Çinin ikitərəfli ticarətdə dollardan imtina etməsi Latın Amerikası üçün ciddi nəticələrə səbəb olacaq.

Bugun.tv xəbər verir ki, bu barədə San Paulo Universitetindən Pedro Kosta Junior TASS-a bildirib.

“Bu, Çin üçün ilk təcrübə deyil. Artıq 25 ölkə ilə yuanla ticarət edir. Buna baxmayaraq, Latın Amerikasında Braziliya həqiqətən fərqli səviyyədədir. ABŞ-ın keçmiş prezidenti Harri Trumanın dediyi kimi, Braziliya hara getsə, bütün region onun ardınca gedəcək”, – Pedro Kosta Junior bildirib.

O, bildirib ki, Braziliya qitənin ərazisinin və əhalisinin təxminən yarıdan çoxunu təşkil edir. Latın Amerikasının digər ölkələri də Çinlə bu cür ticarətin başlanmasından qısa müddət sonra Braziliyanı da izləyəcəklər.

Xatırladaq ki, martın 29-da Braziliya və Çinin mərkəzi bankları ofşor klirinq ofisinin yaradılması barədə razılığa gəliblər. Çin 2009-cu ildən bəri Braziliyanın əsas ticarət tərəfdaşıdır.

Nigar Məmmədova

Oxşar xəbərlər

Güclü yağışlar İspaniyaya təsir etdi

Aynur Camal

ABŞ-da yanğında ölənlərin sayı 25-ə çatdı

Aynur Camal

Əfqanıstanda terror aktı baş verdi, ölənlər var

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu