Dünya

Braziliyanın keçmiş prezidentinin bahalı daş-qaşları dövlətə məxsus banka qaytarılacaq

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun səlahiyyət müddətində ona hədiyyə edilən daş-qaşları, paytaxt Braziliada dövlətə məxsus Caixa Economica Federal Bankına təhvil verməsi tələb olunur.

Bugun.tv xəbər verir ki, bunun üçün hökumət müşahidəçi missiyasının doqquz üzvü dünən səs verib.

Bolsonaronun vəkillərinə rəsmi xəbərdarlıq edilib. Onlara daş-qaşları geri qaytarmaq üçün 5 gün vaxt verilib. Bu ayın əvvəlində rəsədxana keçmiş Braziliya prezidentlərinin səlahiyyət müddətinin sonunda aldıqları hər bir hədiyyəni araşdırmaq qərarına gəlib. Bolsonaro  isə, heç bir qanun pozuntusunun olmadığını bildirib.

3,2 milyon dollar dəyərində olan daş-qaşlar Bolsonaronun komandalarından birinin Səudiyyə Ərəbistanından səfərdən qayıdarkən San-Paulu Quarulhos hava limanında kürək çantasında tapılıb. Kolleksiyanın dövlətə məxsus banka qaytarılması tələbi irəli sürülüb.

Mənbə:NTV

Bugün TV

Oxşar xəbərlər

Rusiya Ukraynaya genişmiqyaslı hava hücumu həyata keçirdi: Ölən və yaralananlar var

Aynur Camal

ABŞ-li analitikdən Türk Dövlətləri Təşkilatına dəstək çağırışı

Aynur Camal

Aİ-də miqrantlarla bağlı ən sərt qaydalar gündəmdədir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu