Bugun.tv xəbər verir ki, Ötən gün 91 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 89,90 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti bu gün 09.46-da bağlanış vaxtı ilə müqayisədə 1.59 faiz artaraq 91.33 dollara çatıb. Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 86,98 dollara satılıb. Dünən İsrailin Qəzzada Əl-Əhli Baptist Xəstəxanasını bombalaması nəticəsində 500 nəfər həyatını itirib. Hücum bütün dünyada böyük əks-səda doğursa da, İsrailin Fələstinə qarşı zorakılığının bölgəyə yayılacağı və neft tədarükünə mənfi təsir göstərəcəyi ilə bağlı narahatlıqlar qiymətlərə təsir edir.
TRT Haber-in məlumatına görə, Ağ Ev iddia edib ki, ABŞ, Misir və Fələstinin iştirakı ilə İordaniyada keçirilməsi planlaşdırılan dördtərəfli sammit Fələstin prezidenti Mahmud Abbasın Qəzzada xəstəxanaya hücumundan sonra 3 günlük matəm elan etməsi səbəbindən tərəflərin “ortaq qərarı” ilə ləğv edilib. ABŞ prezidenti Co Baydenin bu gün İsrail səfərindən sonra İordaniyaya gedərək Kral II Abdullah, Misir prezidenti Əbdülfəttah əs-Sisi və Fələstin dövlət başçısı Mahmud Abbasla görüşəcəyi daha əvvəl açıqlanmışdı. Digər tərəfdən, Amerika Neft İnstitutu, ölkənin xam neft ehtiyatlarının keçən həftə bir əvvəlki həftəyə görə 4 milyon 383 min barrel azalacağı təxmin edildiyini açıqladı. Bazar gözləntisi ehtiyatların 1 milyon 267 min barrel azalacağı idi. ABŞ Enerji İnformasiya Administrasiyasının rəsmi səhm məlumatları bu gün açıqlanacaq. Bildirilir ki, texniki olaraq Brent markalı neftin 92,11-93,05 dollar aralığı müqavimət, 91,17-90,23 dollar arası isə dəstək zonası kimi izlənilə bilər.
Müxbir: İntizar Əmirova
