14 C
Baku
21 Noyabr 2024, 18:11
Dünyaİqtisadiyyat

Brent markalı neftin bir barelinin qiyməti 88,75 dollardır

Bugun.tv xəbər verir ki, Bbeynəlxalq bazarlarda Brent markalı neftin bir bareli 88,75 dollara satılır. Ötən gün 89 dollarla başa çatan Brent markalı neftin bir barelinin qiyməti bu gün saat 09:17-ə olan bağlanışla müqayisədə 0,28 faiz azalaraq 88,75 dollar olub. Eyni dəqiqələrdə Qərbi Texas tipli (WTI) xam neftin bir barreli 85,78 dollardan alıcı tapdı.

Neft qiymətləri ötən həftə Səudiyyə Ərəbistanı və Rusiyanın oktyabr ayında tədarük ixtisarına davam edəcəklərini bildirməsindən sonra illik maksimuma yüksəlib. Həftənin ikinci günündə neftin ucuzlaşmasında yüksək qiymətlərdən yararlanmaq istəyən investorların qazanc yönümlü satışlarına təsir edib.

Ekspertlər Rusiya və OPEC+ ölkələrinin hasilatı daha da azaltmasının bazarlara təsirini diqqətlə izləyirlər.

ABŞ dolları FED-in bu həftəki açıqlamaları ərəfəsində son üç ayın ən yüksək səviyyəsinə doğru gedir. Neftin ucuzlaşmasında ABŞ dollarının digər valyutalar qarşısında möhkəmlənməsi qeydə alınıb. 09.11-ə olan məlumata görə, dollar indeksi dünənki bağlanışla müqayisədə 0,18 faiz artaraq 104 237 olub. Güclü dolların valyuta istifadəçiləri üçün nefti bahalaşdıraraq tələbi azaldacağı gözlənilir.

Teymur Əziz

Oxşar xəbərlər

Kosmosa səyahət 60 il gecikdi

Aynur Camal

Paris görüşü

Aynur Camal

İnsanları qorxu bürüdü, “Boeing 737 MAX ilə uçmaqdan necə çəkinməli”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu