Baş xəbərDünya

“Brexit” Britaniya iqtisadiyyatına 140 milyard funt-sterlinqə başa gəldi

Böyük Britaniya iqtisadiyyatı “brexit” səbəbindən demək olar ki, 140 milyard funt-sterlinq (178,7 milyard dollar) və ya ümumdaxili məhsulun 6 faizini itirib.

Bugun.tv xəbər verir ki, bunu London meri Sadiq Xan deyib. Onun sözlərinə görə, ölkənin Avropa İttifaqını tərk etməsi paytaxt iqtisadiyyatına 30 milyard funt-sterlinqdən çox zərər vurub.

“Brexit arxada qoya biləcəyimiz kiçik problem deyil. O, ən çətin vaxtlarda insanların və müəssisələrin imkanlarının, biznesinin və gəlirlərinin itkisinə səbəb olan mövcud böhranının əsas səbəbidir”, – deyə Sadiq Xan bildirib.

Qeyd olunub ki, 2023-cü ildə hər britaniyalı “brexit” səbəbindən orta hesabla təxminən 2 min, Londonun hər bir sakini isə 3 min 400 funt-sterlinq itirib.

Bugün TV

Oxşar xəbərlər

Putinin nümayəndəsi Dmitriyev: Əmtəə və kənd təsərrüfatında şok yaşanacaq

Aynur Camal

İran: Qonşu ölkələrin maraqlarına yox, ABŞ-ın obyekt və bazalarına zərbə endiririk

Aynur Camal

“ABŞ-İran qarşıdurması regionun siyasi nizamını dəyişir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu