36 C
Baku
20 İyul 2025, 16:37
Baş xəbərSiyasət

Britaniya hökuməti: “Qarabağ Azərbaycanın tərkib hissəsidir”

Bugun.tv xəbər verir ki, Xocalı soyqırımı Britaniya Parlamentində müzakirə olunub.

Britaniya Parlamentinin Lordlar Palatasında Lord Flaytın Xocalı faciəsinə dair hökumətə ünvanladığı şifahi sualı ətrafında qısa debat keçirilib.

Debatda suallar hökumət adından xarici işlər nazirinin müavini Lord Ahmad tərəfindən cavablandırılıb.

Lord Flayt Britaniya hökumətinin Xocalı faciəsinə münasibətdə mövqeyini sorğu edib, başsağlığı mesajının verilməsindən əlavə addımlar atmağa çağırıb.

Lord Ahmad 1992-ci ildə Xocalıda baş verənləri Azərbaycan tarixinin faciəvi epizodu kimi qəbul etdiklərini və həmin dövrdəki Britaniya hökuməti tərəfindən baş verənlərin haqlı olaraq qınandığını vurğulayıb. O, Britaniyanın Bakıdakı səfiri tərəfindən Xocalı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsinə əklil qoyulmasını Britaniya hökumətinin başsağlığı mesajı olduğunu vurğulayıb.

Lord Ahmad Azərbaycan və Ermənistan arasında gedən proseslər haqqında da danışıb. O, iki ölkə arasında dialoqun önəminə toxunub, regionun gələcəyi məsələsinin əhəmiyyətini vurğulayıb. Lord Ahmad, Britaniya hökumətinin beynəlxalq vasitəçilik səylərinə dəstək verdiyini, Aİ, BMT və ATƏT kimi qurumların iki ölkə arasındakı məsələlərin həlli və yekun sülh sazişinin imzalanmasında rol oynaya biləcəyini bəyan edib.

Lord Ahmad Avropa regionu üzrə dövlət naziri Leo Dokertinin bu ilin fevral ayında Bakıya səfəri haqqında danışıb. Nazir müavini bildirib ki, Azərbaycan ilə Britaniya arasında enerji sahəsində və digər məsələlərdə geniş əməkdaşlıq və dialoq aparılır. Lord Ahmad Britaniyanın bu münasibətlərin inkişafına əhəmiyyət verdiyini əlavə edib.

O, həmçinin Britaniya hökumətinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etdiyini də qeyd edib.

Mənbə: apa.az

Aynur Camal

Oxşar xəbərlər

Rusiyanın Rostov ticarət mərkəzində atışma baş verib

Aynur Camal

Avstriya Prezidenti Azərbaycan İcmasının Pasxa təbrikinə səmimi cavab ünvanladı

Aynur Camal

Sanchez: İspaniyanın elektrik ehtiyacının 60%-i 5 saniyədə yox oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu