8 C
Baku
21 Dekabr 2025, 21:01
Digər

Britaniya ilə Norveç arasında hərbi gəmi sazişi imzalandı

Bugun.tv xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyi bu razılaşmanı ölkənin dəyərinə görə indiyədək əldə etdiyi ən böyük hərbi gəmi ixracı adlandırıb. Müqaviləyə əsasən, Böyük Britaniya Norveç donanmasına ən azı beş yeni hərbi gəmi tədarük edəcək. Rəsmi məlumatlara görə, müqavilə 2030-cu illərin ortalarınadək Böyük Britaniyada 4 min iş yerini dəstəkləyəcək. Onlardan 2 mindən çoxu “BAE Systems” şirkətinin Qlazqodakı gəmiqayırma zavodlarında olacaq. Baş nazir Kir Starmer sazişi iqtisadi artımı dəstəkləyəcək və milli təhlükəsizliyi qoruyacaq mühüm uğur kimi dəyərləndirib. O bildirib ki, bu, yalnız Britaniya Silahlı Qüvvələrinin deyil, eyni zamanda, Norveç və NATO-nun təhlükəsizliyi üçün də böyük əhəmiyyət daşıyır. Müdafiə Nazirliyi qeyd edib ki, bu layihə Birləşmiş Krallıqda fəaliyyət göstərən 400-dən çox şirkəti, o cümlədən Şotlandiyada yerləşən 103 müəssisəni dəstəkləyəcək

Bugün TV

Oxşar xəbərlər

Ucarda gəlini ilə dalaşan qayınata evə od vurdu

Bugün TV

Mehriban Əliyevadan Uşaqlar Günü ilə bağlı paylaşım

Bugün TV

Ayaqqabı alarkən nələrə diqqət etməliyik?

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu